“Tarixçilər gəlsin araşdırsın. Bu gün də Bakıda qətlə yetirilən azərbaycanlıların nişangah kimi düzülərək qətlə yetirildiyi yerdə güllə izləri var”.
Tarixçi-alim Atamoğlan Məmmədli “Report”a müsahibəsində son 200 ildə Azərbaycana qarşı törədilən soyqırımı siyasətindən danışıb.
Özü 1-ci, oğlu isə 2-ci Qarabağ müharibəsinin iştirakçısı olan A.Məmmədlinin sözlərinə görə, erməni faşizmi əsrlər boyu, demək olar, eyni senari ilə cinayət əməlləri həyata keçirib.
“Azərbaycan tarixi 31 martda ən gərgin dövrünü, 44 günlük Vətən müharibəsində isə hər biri qəhrəmanlıq salnaməsi olan tarixi günlərini yaşayıb”.
“Report” A.Məmmədlinin videomüsahibəsini təqdim edir: