Balıqçılar İttifaqının sədri: “Sənaye balıqçılığının 99 faizi nəzarətsizdir”

Balıqçılar İttifaqının sədri: “Sənaye balıqçılığının 99 faizi nəzarətsizdir” "Necə ki, indi bizim həyatımız təhlükə altındadır"
"Report" studiyası
23 Fevral , 2021 16:44
Balıqçılar İttifaqının sədri: “Sənaye balıqçılığının 99 faizi nəzarətsizdir”
Əfqan Əliyev
0 : 00
0 : 00

“Azərbaycanda sənaye balıqçılığına ciddi yanaşılmır. Bu sahə 99 faiz nəzarətsiz qalıb, 1 faiz nəzarət edən insanlar isə ya işdən çıxarılıb, ya da təzyiqlə üzləşib. Necə ki, indi bizim həyatımız təhlükə altındadır”.

“Report”un “Müzakirə vaxtı”na müsahibəsində Balıqçılar İttifaqının sədri Əfqan Əliyev bu sahədə olan boşluqlardan danışıb.

Ə.Əliyev bildirib ki, sənaye balıqçılığı adı altında çox vaxt brakonyerlik edilir. Dənizkənarı restoranlarda satılan balıqların 95 faizi qeyri-qanuni yolla tutulur.

Balıqçılar İttifaqının sədri balıqartırma işi ilə məşğul olan mütəxəssislərə də çağırış edib:

“Xəzərin qızıl balıqlarını artırmaq yerinə təhlükə ilə üz-üzə qoymayın. Dənizin qiymətli sərvətini günün günorta çağı məhv etməyin”.

Son xəbərlər

Orphus sistemi