“COVID-19 pasportu olan şəxslərin xarici ölkələrə səfəri virusun yayılması baxımından təhlükəli olmayacaq”.
“Report”un “Müzakirə vaxtı”na müsahibəsində Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Əhməd Qurbanov belə deyib.
Ə.Qurbanov bildirib ki, vaksinasiya olunmaq təkcə sağlamlıq üçün yox, həm də sərbəst hərəkət, xarici ölkələrə səfər zamanı zəruridir:
“İndiyə qədər xaricə gedənlərdən koronavirusa görə test tələb olunurdu. Amma bu testin cavabının mənfi çıxması həmin şəxsin xarici ölkəyə gedib çatanadək virusa yoluxmayacağına təminat vermirdi. COVID-19-a görə peyvəndin edilməsi isə insanların bu virusa yoluxma riskini minimuma endirir”.