“Müzakirə vaxtı”nın budəfəki buraxılışında Qarabağda yaşanan ən son hadisələr, sülhməramlıların fəaliyyəti, onların öhdəlikləri, erməni quldur dəstələrinin təxribatları haqqında geniş müzakirə aparılıb.
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli vətəndaşları narahat edən bir çox məsələlərə aydınlıq gətirib.