“Ermənistanın isterik çagırışları susdurulur. Təkcə son bir həftədə təzyiqlərə məruz qalan Nikol Paşinyanın telefon zənglərinə 44 günlük müharibədə olduğu kimi yenə də bir çox dünya liderləri cavab vermir. Bütün dünya Ermənistanın isteriyasının məntiqi izahını tapa bilmir. Ermənistan xalqı bilməlidir ki, kifayət qədər ciddi və məsuliyyətli andır. Onların seçimi pis və daha pis namizədlərdir”
Bunu “Report”un canlı efirində “Müzakirə vaxtı” verilişinin qonağı, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, politoloq Zaur Məmmədov deyib.
Politoloq post-müharibə dövründə Azərbaycanın NATO ilə əməkdaşlığının əhəmiyyətindən də danışıb. Azərbaycan Prezidentinin köməkçisi – Prezident administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Brüsseldə Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi və Brüsseldə NATO baş katibinin müavini Mirça Geoana ilə görüşünü də şərh edib.
“Report” Z.Məmmədov ilə videomüsahibəni təqdim edir: