Son günlər qapalı məkanların girişində COVID-19 pasportunun yoxlanılması məsələsi sosial şəbəkələrdə geniş müzakirə olunur.
"Report"un əməkdaşları bununla bağlı COVID-19 pasportunun tələb olunduğu bir neçə obyektdə olub və pasportun yoxlanılması prosedurunu izləyiblər.
Ticarət mərkəzlərindən birinin müdir müavini Mətin Kazımov bildirib ki, obyektə gələn vətəndaşların COVID-19 pasportunun və ya immunitet sertifikatının olub-olmaması portal vasitəsilə yoxlanılır və əgər varsa, onlar içəri buraxılırlar.
Vətəndaşların üzərində şəxsiyyət vəsiqəsi olmasa belə, onların ad, soyad və ata adları öyrənilməklə portal vasitəsi ilə yoxlanılaraq içəri buraxılmaları təmin edilir.
Xatırladaq ki, sentyabrın 1-dən etibarən iri ticarət mərkəzlərinə, mehmanxanalara, kafelərə, restoranlara və digər ictimai iaşə obyektlərinə giriş üçün vətəndaşlardan mütləq qaydada COVID-19 pasportu tələb olunur. Bununla yanaşı, oktyabrın 1-dək iki dozadan birini qəbul etmiş şəxslər COVID-19 pasportunu təqdim etməklə ictimai iaşə obyektlərinə daxil ola bilirlər.
Mövzu ilə bağlı hazırladığımız süjeti təqdim edirik:
Video: Mircavid Eminoğlu
Montajçı: Məhəmməd Ağayev