Azərbaycanda daha 1 809 nəfər COVID-19-a yoluxub, 33 nəfər ölüb

Azərbaycanda daha 1 809 nəfər COVID-19-a yoluxub, 33 nəfər ölüb 2 191 nəfər müalicə olunaraq sağalıb
Sağlamlıq
23 Aprel , 2021 16:31
Azərbaycanda daha 1 809 nəfər COVID-19-a yoluxub, 33 nəfər ölüb
0 : 00
0 : 00

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 809 yeni yoluxma faktı qeydə alınıb, 2 191 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 309 789 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 274 766 nəfər müalicə olunaraq sağalıb, 4 307 nəfər vəfat edib. 30 716 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 097, bu günə qədər isə ümumilikdə 3 164 974 test icra olunub.

Son xəbərlər

Orphus sistemi