Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 810 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 042 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 55 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 833, bu günə qədər isə ümumilikdə 6 909 386 test icra olunub.