Azərbaycanda ötən il qeydə alınmayan xəstəliklər məlum olub.
Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Belə ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, göyöskürək və malyariya xəstəlikləri isə ümumiyyətlə qeydə alınmayıb.