Qida məhsulları sahəsində fəaliyyət göstərən 3 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
"Report" xəbər verir ki, qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər aşağıdakılardır:
S/S |
Subyektin adı |
Fəaliyyət istiqaməti |
İmtina səbəbi |
1 |
"PƏRVİZ İKF" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ |
Topdan satış |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
2 |
SABİT MƏMMƏDOV SEYYAB OĞLU |
Topdan satış |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
3 |
ELXAN ALIYEV MƏTİ OĞLU |
İctimai iaşə |
Sahibkar fəaliyyətini dayandırıb |
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.