Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 36 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 1 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 823 100 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 849 nəfər müalicə olunaraq sağalıb, hazırda 309 aktiv xəstə var. Bu günə qədər 9 942 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 112, bu günə qədər isə ümumilikdə 7 313 756 test icra olunub.