4 sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub

4 sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub Qida məhsulları sahəsində fəaliyyət göstərən 59 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb
Sağlamlıq
10 Fevral , 2021 15:06
4 sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 9 fevral 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 59 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Qida Təhlükəsizliyi Agentliyindən "Report"a verilən məlumata görə, həmin tarixdə 4 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

S/S

Subyektin adı

Fəaliyyət istiqaməti

İmtina səbəbi

1

"FİTO LAB" MMC

İstehsal

Sahibkar fəaliyyət göstərmir.

2

Mehtiyeva Təzəgül Yusub qızı

İstehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

3

Abbasov Elgün Valeh oğlu

İstehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

4

Abbasov Elgün Valeh oğlu

Pərakəndə satış

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Son xəbərlər

Orphus sistemi