Altı sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub - SİYAHI

Altı sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub - SİYAHI Aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub
Sağlamlıq
3 Mart , 2021 12:45
Altı sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub - SİYAHI

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 2 mart 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 19 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

AQTA-dan "Report"a verilən məlumata görə, həmin tarixdə 6 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

Subyektin adı

Fəaliyyət istiqaməti

İmtina səbəbi

1

Savalanova Rəna Balaca qızı

İstehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

2

"AZERBAİJAN POULTRY COMPANY" MMC

Topdan satış

Sahibkar hal-hazırda fəaliyyət göstərmir.

3

Şərifi Məhəmməd Qərib oğlu

İctimai iaşə

Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir.

4

Mahmudov Yadigar Yusif oğlu

Topdan satış

Sahibkar tərəfindən yanlışlıqla ikinci dəfə müraciət edilmişdir.

5

Cəfərov Əbülfəz Nuri oğlu

Pərakəndə satış

Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir.

6

Qəniyev Məsləhət İsmayil oğlu

Pərakəndə satış

Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Son xəbərlər

Orphus sistemi