“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən, ötən gün qida məhsulları sahəsində fəaliyyət göstərən 17 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
"Report" xəbər verir ki, həmin tarixdə 8 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S |
Subyektin adı |
Fəaliyyət istiqaməti |
İmtina səbəbi |
1 |
"ALKO LTD-AZƏR SPİRT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ |
İstehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
2 |
MUSTAFA QURBANOV MƏHƏMMƏD OĞLU |
Pərakəndə satış |
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir |
3 |
CƏMİLƏ MUSAYEVA ABAKAR QIZI |
İctimai iaşə |
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir |
4 |
KAMRAN UZUNOV KAMALDİN OĞLU |
İctimai iaşə |
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir |
5 |
CAVHARAT YUSİFOVA YUSİF QIZI |
İctimai iaşə |
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir |
6 |
MAHİR HƏSƏNOV NƏRİMAN OĞLU |
İctimai iaşə |
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir |
7 |
İSA İBRAHİMOV MEHDİ OĞLU |
İctimai iaşə |
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir |
8 |
İKRAM ƏZİZOV XALİT OĞLU |
Pərakəndə satış |
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.