Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 865 yeni yoluxma faktı qeydə alınıb, 2 044 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 787 367 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 769 746 nəfər müalicə olunaraq sağalıb, 9 454 nəfər vəfat edib. 8 167 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 487, bu günə qədər isə ümumilikdə 6 572 316 test icra olunub.