Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində COVID-19 xəstələri kimi qeydiyyatda olan rayon sakinləri - E.Vəlili, F.Bəşirov və F.Məmmədovun yaşadıqları evləri tərk edərək karantin qaydalarını kobud şəkildə pozduqları müəyyənləşib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, həmin şəxslər müəyyən edildikləri ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldıqları ünvanlara aparılıblar.
Ağcabədi RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.