Ağstafada çörək sexində nöqsanlar aşkarlanıb

Ağstafada çörək sexində nöqsanlar aşkarlanıb Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, müəssisənin fəaliyyəti nəzarətə götürülüb
Sağlamlıq
8 May , 2021 12:27
Ağstafada çörək sexində nöqsanlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Mahmudov Mirsənan Mirzakir oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirib.

AQTA-dan "Report"a verilən məlumata görə, yoxlama zamanı müəssisənin texniki normativ hüquqi aktların tələblərinə əməl olunmadan fəaliyyət göstərdiyi aşkar olunub.

Belə ki, istehsal zamanı texnoloji ardıcıllığın gözlənilmədiyi, avadanlıqların vaxtlı-vaxtında təmizlənərək dezinfeksiya edilmədiyi, dezinseksiya və deratizasiya tədbirlərinin görülmədiyi, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçirilmədiyi müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, müəssisənin fəaliyyəti nəzarətə götürülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Son xəbərlər

Orphus sistemi