Alimlər COVID-19-un bütün əsas ştamları üçün sprey yaradıblar

Alimlər COVID-19-un bütün əsas ştamları üçün sprey yaradıblar Estoniyanın “Icosagen” şirkəninin alimləri “delta” da daxil olmaqla, koronavirusun bütün əsas ştamlarından qoruyan “BioBlock” burun spreyi yaradıblar.
Sağlamlıq
2 Avqust , 2021 01:35
Alimlər COVID-19-un bütün əsas ştamları üçün sprey yaradıblar

Estoniyanın “Icosagen” şirkəninin alimləri “delta” da daxil olmaqla, koronavirusun bütün əsas ştamlarından qoruyan “BioBlock” burun spreyi yaradıblar.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, yeni preparatın sınaqları uğurla başa çatıb.

"Bu günə qədər aparılan laboratoriya araşdırmaları təsdiq etdi ki, hazırlanmış burun spreyi Ümumdünya Səhiyyə Təşkilatının narahatlığına səbəb olan koronavirusun bütün ştamlarından eyni dərəcədə yaxşı qoruyur", - şirkətin elmi direktoru Marta Ustava deyib.

Qeyd edilir ki, spreyin istehsalı Dərman Vasitələri Departamenti və Sağlamlıq Departamenti tərəfindən əlaqələndirilib, məhsulun texnologiyası patentləşdirilib.

Son xəbərlər

Orphus sistemi