Alimlər ilk dəfə anadan dölün koronavirusa yoluxma hallarını təsdiqləyiblər

Alimlər ilk dəfə anadan dölün koronavirusa yoluxma hallarını təsdiqləyiblər Mayami Universitetinin alimləri ilk dəfə olaraq SARS-CoV-2 (COVID-19) virusunun yoluxmuş ananın plasentini keçərək daşıdıqları körpələrdə beyin zədələnməsinə səbəb olduğunu təsdiqləyiblər.
Sağlamlıq
7 Aprel , 2023 04:53
Alimlər ilk dəfə anadan dölün koronavirusa yoluxma hallarını təsdiqləyiblər

Mayami Universitetinin alimləri ilk dəfə olaraq SARS-CoV-2 (COVID-19) virusunun yoluxmuş ananın plasentini keçərək daşıdıqları körpələrdə beyin zədələnməsinə səbəb olduğunu təsdiqləyiblər.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə tədqiqatçılar xüsusi brifinqdə bildiriblər.

Əvvəllər həkimlər dölün anadan plasent vasitəsilə yoluxa biləcəyini güman edirdilər, lakin əvvəllər təsdiqlənmiş hallar yox idi.

“Bu, ilk dəfədir ki, biz transplasental dölün orqanında virus təyin edə bilirik”, - Mayami Universitetinin Mamalıq və Ginekologiya kafedrasının sədri doktor Maykl Paidas brifinqdə deyib.

Yenidoğulmuşlarda həyatın ilk günlərindən qıcolmalar müşahidə olunur. Baxmayaraq ki, Zika xəstəliyindən fərqli olaraq, körpələr mikrosefaliya (kiçik baş ilə xarakterizə olunan vəziyyət) ilə doğulmasalar da, beyinin normal inkişafının dayandırılması səbəbindən bu durumu daha sonra inkişaf etdiriblər.

Maraqlıdır ki, yeni doğulan körpələrin heç birində koronavirus testinin nəticəsi müsbət çıxmayıb, lakin hər ikisinin qanında COVID-19-a qarşı yüksək anticisimlər olub.

Həkimlərin sözlərinə görə, körpələrdən biri 13 aylıq olarkən ölüb, digəri isə həkim nəzarətindədir.

Tədqiqatçılar həmçinin hamilə qadınları COVID-19-a qarşı peyvənd almağa çağırıblar.

Son xəbərlər

Orphus sistemi