Alimlər ürək xəstəliklərinin məlum olmayan əlamətini üzə çıxardılar

Alimlər ürək xəstəliklərinin məlum olmayan əlamətini üzə çıxardılar Qəbizlik ürək-damar xəstəlikləri əlaməti ola bilər.
Sağlamlıq
29 Dekabr , 2020 07:16
Alimlər ürək xəstəliklərinin məlum olmayan əlamətini üzə çıxardılar

Qəbizlik ürək-damar xəstəlikləri əlaməti ola bilər.

“Report” “Express”ə istinadən xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin mütəxəssisləri bildirib.

Alimlərin məlumatına görə, qeyd edilən problem ürək-damar xəstəliklərinin erkən əlaməti ola bilər. Bu halda gərginliyə görə qan təzyiqinin yüksəlməsi mümkündür. Həmin səbəbdən isə ürəyin işemik xəstəliyinin inkişafı riski artır.

"Qəbizlik zamanı bağırsaqların mikrobiotasındakı dəyişikliklər ateroskleroza səbəb ola bilər. Bunun eyni zamanda qan təzyiqinin artımına və ürək-damar xəstəliklərinə yol açması mümkündür", - alimlər xəbərdarlıq ediblər.

Mütəxəssislər həmçinin bildiriblər ki, qəbizlik vaxtı gərginlik qan təzyiqinin artımına səbəb olur. Bu isə ürək çatışmazlığına, aritmiyaya, aorta diseksiyasına yol açır.

Son xəbərlər

Orphus sistemi