Amerikalı həkimlər uzunömürlülüyün daha bir sirrini tapıblar

Amerikalı həkimlər uzunömürlülüyün daha bir sirrini tapıblar ABŞ-ın Nortvestern Universitetindən olan həkimlər insan ömrünün uzatmağın daha bir sirrini açmağa müvəffəq olublar.
Sağlamlıq
5 Sentyabr , 2021 17:36
Amerikalı həkimlər uzunömürlülüyün daha bir sirrini tapıblar

ABŞ-ın Nortvestern Universitetinin həkimləri insan ömrünü uzatmağın daha bir sirrini açmağa müvəffəq olublar.

"Report" xəbər verir ki, araşdırma "JAMA Network Open"də dərc edilib.

Araşdırmanın nəticəsinə əsasən, gündə azı 7 min addım gəzən insanlarda ölüm riski azalır.

Təcrübədə 2006-cı ildən bəri fiziki aktivliyi izlənilən 38-50 yaş arası 2 110 qadın və kişi iştirak edib. İştirakçılar üç qrupa bölünüb: birinci kateqoriyada insanlar gündə 7 mindən az, ikinci mərhələdə - gündə 7-10 min addım, üçüncüsündə - 10 mindən çox addım atıblar.

Nəticələr fiziki aktivliyi yüksək və orta səviyyədə olan iştirakçı qruplarında ölüm riskinin çox aşağı olduğunu göstərib.

Son xəbərlər

Orphus sistemi