Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
AQTA-dan "Report"a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il 27 avqust tarixində ölkə üzrə 400 ictimai iaşə obyektində 684 monitorinq keçirilib. Monitorinqlər zamanı 9 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Xətairayonu, Telnov 41 ünvanında yerləşən, hüquqi şəxs “Brilliance” MMC-yə məxsus restoran;
2. Bakı şəhəri, Yasamal rayonu, Rahim 4 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Ağaxan İxtiyar oğluna məxsus “Samovar” kafesi;
3. Bakı şəhəri, Nərimanov rayonu, Nemətulla 49 Q, m 59 ünvanında yerləşən, fiziki şəxs Kazımova Könül Əliağa qızına məxsus kafe;
4. Bakı şəhəri, Nərimanov rayonu, X.Xoyski 109 ünvanında yerləşən, fiziki şəxs Əkbərov Rəfail Əlisahib oğluna məxsus kafe;
5. Bakı şəhəri, Xətai rayonu, Əhmədli ştq, Hadi 1B ünvanında yerləşən, fiziki şəxs Abışov Rufan Qəzənfər oğluna məxsus kafe;
6. Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov 26 ünvanında yerləşən, fiziki şəxs Əliyev Eldəniz Mikail oğluna məxsus kafe;
7. Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar 30 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Elçin Gündüz oğluna məxsus “Chado Tea Longe” kafe;
8. Ağdam rayonu, İmamqulubəyli kəndində yerləşən, fiziki şəxs İsmayılov Elşən Vaqif oğluna məxsus restoran;
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.