Bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") nümayəndə heyətləri arasında onlayn görüş keçirilib.
Bu barədə "Report"a AQTA-dan məlumat verilib.
Görüşdə Rusiyadan ölkəmizə idxal olunan taxıl məhsulları və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin "Arqus-Fito" Federal Dövlət İnformasiya Sistemi ilə AQTA-nın Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) inteqrasiyası, çevik məlumatlandırma sisteminin yaradılması, fitosanitar sertifikatların elektron mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.