Arterial qan təzyiqini sadə yolla azaltmaq üsulu açıqlandı

Arterial qan təzyiqini sadə yolla azaltmaq üsulu açıqlandı Kanada alimləri müəyyən ediblər ki, idman dartınması arterial təzyiqi yerimə üsulundan daha effektiv aşağı salır.
Sağlamlıq
17 Yanvar , 2021 07:25
Arterial qan təzyiqini sadə yolla azaltmaq üsulu açıqlandı

Kanada alimləri müəyyən ediblər ki, idman dartınması arterial təzyiqi yerimə üsulundan daha effektiv aşağı salır.

“Report” xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələrini “Journal of Physical Activity and Health” dərc edib.

"Nə vaxt ki, əzələlərinizi dartırsınız, böyük arteriyalar da daxil olmaqla, əzələləri qidalandıran bütün qan damarlarını dartırsınız. Əgər siz arteriyaların sərtliyini azaltsanız, qan dövranının müqaviməti azalacaq", - araşdırmanın həmmüəlliflərindən biri Fila Çilibeka deyib.

Sınağın gedişatında iştirakçılar yarım saat boyunca həftədə beş gün dartınma və ya yerimə ilə məşğul olublar.

Tədqiqatda orta yaşı 60 olan 40 nəfər iştirak edib. Alimlər onlarda sınaqdan əvvəl və sonra qan təzyiqini ölçüblər. Bu halda dartınma ilə məşğul olan yoxlanılanlar qrupunda qan təzyiqinin azalması bütün parametrlər üzrə daha çox müşahidə olunub.

Bu halda sınağın yerimə ilə məşğul olan iştirakçıları bel nahiyəsində daha çox piy azaldıblar.

Son xəbərlər

Orphus sistemi