Avropa komissarı koronavirusun Bolqarıstan ştamının meydana gələcəyini istisna etməyib

Avropa komissarı koronavirusun Bolqarıstan ştamının meydana gələcəyini istisna etməyib Avropanın daxili bazar məsələləri üzrə komissarı Tyerri Breton aşağı peyvəndləmə səviyyəsi səbəbindən koronavirusun Bolqarıstan ştamının meydana gələcəyini istisna etməyib. O mövcud vəziyyəti faciəvi adlandırıb.
Sağlamlıq
19 Noyabr , 2021 17:01
Avropa komissarı koronavirusun Bolqarıstan ştamının meydana gələcəyini istisna etməyib

Avropanın daxili bazar məsələləri üzrə komissarı Tyerri Breton aşağı peyvəndləmə səviyyəsi səbəbindən koronavirusun Bolqarıstan ştamının meydana gələcəyini istisna etməyib. O, mövcud vəziyyəti faciəvi adlandırıb.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Onun sözlərinə görə, Avropada əhalinin 76%-i peyvəndləndiyi halda, Bolqarıstanda bu göstərici 26% təşkil edir və bunun fonunda pandemiyanın 5-ci dalğası yaxınlaşır.

Qeyd edək ki, son sutkada Bolqarıstanda COVID-19-a 2785 yeni yoluxma halı qeydə alınıb. Ümumilikdə, indiyədək Bolqarıstanda, təxminən, 27 min nəfər, ötən gün isə 145 nəfər koronavirusun qurbanı olub. Ölənlərin 91%-nin peyvənd olunmadığı bildirilir.

Son xəbərlər

Orphus sistemi