Avstriyada COVID-19 testi olmadan bəzi mağazalara getmək qadağan ediləcək

Avstriyada COVID-19 testi olmadan bəzi mağazalara getmək qadağan ediləcək Bu gündən Avstriyada koronavirus testinin mənfi nəticəsi olmadan bir sıra mağazalara getmək qadağan olunacaq
Sağlamlıq
7 Aprel , 2021 04:35
Avstriyada COVID-19 testi olmadan bəzi mağazalara getmək qadağan ediləcək
0 : 00
0 : 00

Bu gündən Avstriyada koronavirus testinin mənfi nəticəsi olmadan bir sıra mağazalara getmək qadağan olunacaq.

“Report”un məlumatına görə, bu barədə yerli “The Local” nəşri yazıb.

Qeyd edilir ki, indi vətəndaşlar bərbərxanalara, habelə digər xidmət sahələrinə və qeyri-qida mağazalarına getmələri üçün üzərlərində maksimum 48 saat əvvəlki koronavirus testi gəzdirməlidirlər. Bu halda testin nəticəsi mənfi olmalıdır.

Mağazalara və "həyati əhəmiyyətli" təşkilatlara getmək üçün koronavirus testi tələb olunmur. Söhbət banklardan, supermarketlərdən, apteklər və poçt şöbələrindən gedir.

Son xəbərlər

Orphus sistemi