Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ölkə üzrə 376 ictimai iaşə obyektində 633 monitorinq keçirib.
AQTA-dan "Report"a verilən məlumata görə, monitorinqlər zamanı 13 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr., ev 35 ünvanında yerləşən, fiziki şəxs Umarov Zaur Umar oğluna məxsus “Bacara” restoranı;
Bakı şəhəri, Sabunçu rayonu, M. Fətəliyev küç., ev 66m ünvanında yerləşən, fiziki şəxs Zalov Fərid Ramiz oğluna məxsus kafe;
Bakı şəhəri, Sabunçu rayonu, S. Mehmandarov küç., ev 17 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Rəşad Şaqaim oğluna məxsus kafe;
Bakı şəhəri, Nəsimi rayonu, Vaqif pr., ev 53c ünvanında yerləşən, fiziki şəxs Baxışov Hüseyn Əziz oğluna məxsus restoran;
Bakı şəhəri, Nərimanov rayonu, C. Hacıbəyli küçəsi 761 ünvanında yerləşən, hüquqi şəxs “Resant Consulting and Management” MMC-yə məxsus restoran;
Bakı şəhəri, Xətai rayonu, Levanevski küç., ev 4k ünvanında yerləşən, fiziki şəxs Nağıyev Şəhriyar Fərrux oğluna məxsus dönər evi;
Bakı şəhəri, Nizami rayonu, M. Əliyev küçəsi 5 ünvanında yerləşən, fiziki şəxs Şahverdiyev Mayıl Seminar oğluna məxsus “Ay İşığı” şadlıq evi;
Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr., ev 33 ünvanında yerləşən, hüquqi şəxs “Kraun” MMC-yə məxsus “The Crown” oteli;
Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi 2/15 ünvanında yerləşən, fiziki şəxs Rəsulov Kamran Məhəddin oğluna məxsus “Təndir” kafesi;
Abşeron rayonu, Xırdalan şəhəri, məh. 30, ev 6, m. 6 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Elşən Səhəddin oğluna məxsus “Hunkar Sofrası” restoranı;
Sumqayıt şəhəri, Azərbaycan prospekti, ev 79B ünvanında yerləşən, fiziki şəxs Xəlilov İlqar Xəlil oğluna məxsus “Mutlu” dönər evi;
Gəncə şəhəri, Mehmandarov küçəsi 12a ünvanında yerləşən, fiziki şəxs Şabanov Sakit Elmir oğluna məxsus “Kəhrəba” kafesi;
Gəncə şəhəri, M. A. Abbaszadə küçəsi 56 ünvanında yerləşən, fiziki şəxs Məmmədova Yəmən Soltan qızına məxsus “Bon Appetit” restoranı.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.