Ayanın müalicəsi başladı

Ayanın müalicəsi başladı "Sosial şəbəkələrdə paylaşılan fotosu ilə gündəmə gələn Ayan adlı uşağın ayağındakı yanıq xəsarətinə həkimlər tərəfindən baxış keçirilib"
Sağlamlıq
19 May , 2021 10:00
Ayanın müalicəsi başladı

"Sosial şəbəkələrdə paylaşılan fotosu ilə gündəmə gələn Ayan adlı uşağın ayağındakı yanıq xəsarətinə həkimlər tərəfindən baxış keçirilib".

"Report"un xəbərinə görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış açıqlama verib.

Elnarə Baxış bildirib ki, TƏBİB-ə daxil olan müraciətdən sonra uşağın Respublika Yanıq Mərkəzində ilkin müayinə və müalicəsi həyata keçirilib:

"Xəstəxanadan verilən məlumata görə, azyaşlının ayağında dördüncü dərəcəli yanıq xəsarətlərinin olduğu müəyyənləşib. Bu səbəbdən də ona bir ildən tez dəri köçürülməsi mümkün deyil".

TƏBİB nümayəndəsi bildirib ki, Ayanın səhhəti daim nəzarətdə saxlanılacaq və o, artıq ambulator müalicəyə cəlb olunub.

Qeyd edək ki, fotoqraf Nuran Məmmədov sübh tezdən süpürgəçi işləyən və ona kömək edən balaca Ayanın kadrlarını lentə alıb. Onun paylaşımı sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Son xəbərlər

Orphus sistemi