"Ana südünün verilməsinə əks göstərişlər çox azdır".
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.
Onun sözlərinə görə, ananın QİÇS, müalicə edilməyən vərəm və südlə keçən infeksion xəstəlikləri varsa, ana südü verilməməlidir: “Ana südü allergiya verir" deyə bir anlayış yoxdur. Əgər ana süd verdikdən sonra uşaq səpirsə, qidaya fikir verməlidir”.
"Analar bəzən fikirləşir ki, süd versə, kökələcək. Bu, tamamilə yanlış fikirdir. Süd verən ana düzgün qidalanırsa, o, heç vaxt kökələ bilməz”, - A.Zeynalova bildirib.