Azərbaycan İrana bildiriş göndərib

Azərbaycan İrana bildiriş göndərib Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Sağlamlıq
22 Sentyabr , 2021 11:02
Azərbaycan İrana bildiriş göndərib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan "Report"a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından “Afshin Ghoje Biglo Agha Mohammad Biglo” və “Saleh Ehsas Gojeh Bagloo” adlı təsərrüfat subyektləri tərəfindən ölkəmizə ixrac edilən kartof məhsulunda karantin tətbiq edilən kartof güvəsi (Phthorimaea operculella) aşkar edilib.

Bununla əlaqədar Agentlik İran tərəfinə notifikasiya verib, adıçəkilən subyektlər tərəfindən Azərbaycana kartof ixracının dayandırılması və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsinin zəruriliyi bildirilib.

Bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınması, xəstəliklərin aradan qaldırılması, məhsul itkisinə yol verilməməsi, ətraf mühitin və əhalinin sağlamlığının qorunması istiqamətində bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi məqsədilə faktla bağlı respublikanın baş dövlət fitosanitar müfəttişi tərəfindən “Karantin tətbiq edilən zərərli orqanizm aşkar edilmiş məhsul idxalının qadağan edilməsi haqqında” 2021-ci il 21 sentyabr tarixli Q-BS/006 nömrəli qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi