Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-a qarşı mübarizədə Azərbaycana göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirib.
"Report" xəbər verir ki, dövlət başçısı təşəkkürünü aprelin 26-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edərkən çatdırıb.
Prezident İlham Əliyev ÜST-ün COVID-19-a qarşı mübarizəyə dair təqdim etdiyi tövsiyələrin ölkəmiz üçün dəyərli olduğunu qeyd edib.