Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda növbəti “Açıq qapı” günü keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda növbəti “Açıq qapı” günü keçirilib Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) vətəndaşlar üçün növbəti “Açıq qapı” günü keçirilib
Sağlamlıq
7 May , 2021 13:02
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda növbəti “Açıq qapı” günü keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) vətəndaşlar üçün növbəti “Açıq qapı” günü keçirilib.

"Report" xəbər verir ki, görüşdə qeydiyyatdan keçən vətəndaşlar, həmçinin KİV nümayəndələri iştirak ediblər.

Bildirib ki, “Açıq qapı” gününün keçirilməsində məqsəd vətəndaşlara İnstitutun fəaliyyət istiqamətləri, laboratoriyalarda idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik, keyfiyyət göstəriciləri üzrə aparılan müayinə və analizlər barədə ətraflı məlumat verməkdir.

Qeyd olunub ki, qida təhlükəsizliyinin təmin edilməsində vətəndaşların aktiv iştirakını həyata keçirmək üçün onların maarifləndirilməsi vacibdir. “Açıq qapı” gününün təşkili də bu tədbirlərdən biridir.

Vətəndaşlara məlumat verilib ki, İnstitutun bazasında Bakıda və regionlarda ən müasir tələblərə cavab verən laboratoriyalar yaradılıb. Seçilmiş potensiallı kadrlar təlimə cəlb edilərək, laboratoriyalarda müvafiq işlə təmin olunublar. Laboratoriyalarda müayinələr beynəlxalq standartlara uyğun, müasir metodlarla həyata keçirilir. Qeyd olunub ki, laboratoriyalarda yaradılan imkanlar Azərbaycanda əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi ilə yanaşı, qida məhsullarının ixrac imkanlarının genişlənməsinə də şərait yaradır.

Görüşdə iştirakçılara Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 - Çağrı Mərkəzinə daxil olan vətəndaş müraciətləri, sahibkarlarla əməkdaşlıq, İnstitutda aparılan elmi araşdırmalar, keçirilən təlimlər barədə də məlumat verilib.

Daha sonra vətəndaşlar laboratoriyalarda aparılan müayinələri əyani şəkildə, yerindəcə müşahidə ediblər.

Görüş çərçivəsində vətəndaşları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi