Azərbaycan səhiyyə sektorunda Gürcüstanla əməkdaşlığı dərinləşdirəcək

Azərbaycan səhiyyə sektorunda Gürcüstanla əməkdaşlığı dərinləşdirəcək Azərbaycan səhiyyə sahəsində Gürcüstanla əməkdaşlığı dərinləşdirməyə hazırdır
Sağlamlıq
31 Mart , 2021 21:24
Azərbaycan səhiyyə sektorunda Gürcüstanla əməkdaşlığı dərinləşdirəcək
Ekaterine Tikaradze və Faiq Quliyev

Azərbaycan səhiyyə sahəsində Gürcüstanla əməkdaşlığı dərinləşdirməyə hazırdır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, Gürüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze və Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev arasında keçirilən görüşdə iki ölkə arasında səhiyyə sektorunda bu il üçün əməkdaşlıq məsələləri və gələcək planlar müzakirə olunub.

Tərəflər COVID-19 infeksiyası əleyhinə hər iki ölkədə həyata keçirilən vaksinasiya prosesi ilə bağlı da fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi