Azərbaycana idxal edilən toyuq dərisinin istehlak üçün yararsız olduğu aşkarlanıb

Azərbaycana idxal edilən toyuq dərisinin istehlak üçün yararsız olduğu aşkarlanıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Sağlamlıq
4 İyun , 2021 15:23
Azərbaycana idxal edilən toyuq dərisinin istehlak üçün yararsız olduğu aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan "Report"a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı Rusiya Federasiyasında fəaliyyət göstərən TK “RESURS-YUQ” tərəfindən istehsal olunan və “Azfood Company” MMC (7,3 ton) və "Hereti Bottling Company" MMC (4,7 ton) tərəfindən ölkəmizə idxal edilən ümumi çəkisi 11,94 ton toyuq dərisi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrdə patogen mikroorqanizm olan salmonella aşkar edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi