Azərbaycanda körpənin 3 ayına qədər ana südü ilə qidalanma göstəricisi 42 %-dir

Azərbaycanda körpənin 3 ayına qədər ana südü ilə qidalanma göstəricisi 42 %-dir “Azərbaycanda ana südü ilə qidalanmanın erkən başlanma (həyatın birinci saatı ərzində) göstəricisi körpələr arasında cəmi 42%-dir ( 3 ayadək ana südü ilə qidalanma)”
Sağlamlıq
24 Fevral , 2021 11:15
Azərbaycanda körpənin 3 ayına qədər ana südü ilə qidalanma göstəricisi 42 %-dir

“Azərbaycanda ana südü ilə qidalanmanın erkən başlanma (həyatın birinci saatı ərzində) göstəricisi körpələr arasında cəmi 42 %-dir ( 3 ayadək ana südü ilə qidalanma)”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.

Nazirlik rəsmisi qeyd edib ki, ölkədə bu rəqəmlərin daha da çox olması üçün UNİCEF ilə birgə layihələr həyata keçirilir: “6 ayadək yalnız ana südü ilə qidalanma göstərici isə Azərbaycanda 28% təşkil edir”.

A.Zeynalova eyni zamanda uşağın düzgün inkişafını təyin edən göstəriciləri də açıqlayıb: “Uşaqlar arasında inkişaf geriliyinin və ya məhdud sağlamlıq imkanlarının 3 yaşadək aşkarlanması və erkən müdaxilə xidmətlərinin göstərilməsi, immunizasiya ilə əhatə, valideynlərin uşaqla həftə ərzində ən azı 3-4 fərqli inkişafetdirici fəaliyyətlə məşğul olması, uşaqlar üçün evdə mövcud kitabların sayı və uşaqların məktəbəqədər təhsilə cəlb olunması göstəricilər sırasına daxildir”.

Son xəbərlər

Orphus sistemi