Azərbaycanda alkoqollu içkilərlə bağlı yeni qaydalar hazırlanır

Azərbaycanda alkoqollu içkilərlə bağlı yeni qaydalar hazırlanır Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Sağlamlıq
30 Aprel , 2022 09:22
Azərbaycanda alkoqollu içkilərlə bağlı yeni qaydalar hazırlanır

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Şuradan "Report"a verilən məlumata görə, iclasda əvvəlcə “Distillə yolu ilə əldə edilən alkoqollu içkilərə dair sanitariya normaları və qaydaları” layihəsi müzakirə edilib.

Layihə barədə Şura üzvlərinə AQTA-nın Qida Təhlükəsizliyi şöbəsinin əməkdaşı məlumat verib.

Qeyd edilib ki, layihə müzakirələrdən, Şura tərəfindən təkliflər verildikdən sonra baxılması və təsdiq olunması üçün aidiyyatı qurumlara göndəriləcək.

Daha sonra Şura üzvləri Azərbaycan Ət və Ət Məhsulları İstehsalçıları Assosiasiyasının rəhbərliyi, müxtəlif ət məhsulları şirkətlərin nümayəndələrini dinləyib.

Qonaqlar bildirib ki, hazırda ət və ət məhsulları istehsalı ilə məşğul olan bəzi şirkətlər istehsal etdikləri məhsulların etiketlərində düzgün məlumatlar yerləşdirmir, nəticədə rəqabətlilik prinsipi ilə yanaşı istehlakçı hüquqlarını da kobud şəkildə pozurlar. Şura üzvləri isə bu barədə konkret şirkət və əmttə nişanı adları ilə Şuraya və ya AQTA-ya müraciət etməyin zəruri olduğunu bildiriblər.

Müzakirələr sual-cavablarla davam etdirilib.

Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.

Son xəbərlər

Orphus sistemi