Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 155 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 38 327 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 756 nəfər müalicə olunaraq sağalıb, 562 nəfər vəfat edib, aktiv xəstə sayı 2 009 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 751, bu günə qədər isə ümumilikdə 1 009 478 test icra olunub.