Azərbaycanda COVID-19-dan daha 449 nəfər sağalıb, 352 yoluxma faktı qeydə alınıb

Azərbaycanda COVID-19-dan daha 449 nəfər sağalıb, 352 yoluxma faktı qeydə alınıb Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 449 nəfər sağalıb, 352 yoluxma faktı qeydə alınıb.
Sağlamlıq
21 İyul , 2020 19:39
Azərbaycanda COVID-19-dan daha 449 nəfər sağalıb, 352 yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 449 nəfər sağalıb, 352 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 28 242 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 19 939 nəfər müalicə olunaraq sağalıb, 376 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 927 nəfərdir.

Ötən müddət ərzində 641 732 test aparılıb. Bugünkü test sayı isə 7 034-dür.

Son xəbərlər

Orphus sistemi