Azərbaycanda daha 1 080 nəfər COVID-19-a yoluxub, 20 nəfər vəfat edib

Azərbaycanda daha 1 080 nəfər COVID-19-a yoluxub, 20 nəfər vəfat edib Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 080 yeni yoluxma faktı qeydə alınıb, 2 074 nəfər müalicə olunaraq sağalıb
Sağlamlıq
5 May , 2021 16:33
Azərbaycanda daha 1 080 nəfər COVID-19-a yoluxub, 20 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 080 yeni yoluxma faktı qeydə alınıb, 2 074 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 323 841 nəfər koronavirusa yoluxub. Onlardan 298 949 nəfər müalicə olunaraq sağalıb, 4 617 nəfər vəfat edib, aktiv xəstə sayı 20 275 nəfərdir.

Azərbaycanda son gün ərzində 10 701, hazırkı dövrədək isə 3 289 864 test aparılıb.

Son xəbərlər

Orphus sistemi