Azərbaycanda daha 145 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda daha 145 yeni yoluxma faktı qeydə alınıb Son sutkada 3 nəfər COVID-19-dan vəfat edib
Sağlamlıq
18 Fevral , 2021 16:32
Azərbaycanda daha 145 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda bu gün koronavirus infeksiyasına 145 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 232 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 271 nəfər müalicə olunaraq sağalıb, 3 190 nəfər vəfat edib. Hazırda 2 175 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7216, bu günə qədər isə ümumilikdə 2 528 610 test icra olunub.

Son xəbərlər

Orphus sistemi