Azərbaycanda daha 2237 nəfər koronavirusa yoluxub, 29 nəfər ölüb

Azərbaycanda daha 2237 nəfər koronavirusa yoluxub, 29 nəfər ölüb Aktiv xəstə sayı 20 021 nəfərdir
Sağlamlıq
31 Mart , 2021 15:36
Azərbaycanda daha 2237 nəfər koronavirusa yoluxub, 29 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 237 yeni yoluxma faktı qeydə alınıb, 787 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 261 713 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 238 125 nəfər müalicə olunaraq sağalıb, 3 567 nəfər vəfat edib, aktiv xəstə sayı 20 021 nəfərdir.

Son sutka ərzində 14 885, hazırkı dövrədək isə 2 873 658 test aparılıb.

Son xəbərlər

Orphus sistemi