Azərbaycanda son sutkada koronavirus infeksiyasına 802 yeni yoluxma faktı qeydə alınıb, 2 479 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Son sutkada 31 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 221 401 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 199 213 nəfər müalicə olunaraq sağalıb, 2 792 nəfər vəfat edib. Hazırda 19 396 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 435, bu günə qədər isə ümumilikdə 2 222 629 test icra olunub.