Azərbaycanda dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsi təklif olunur.
"Report"un xəbərinə görə, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.
Məruzədə bildirilib ki, ölkəyə idxal edilən və əhali tərəfindən istifadəsinə icazə verilən dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir.