Gələn ilin dövlət büdcəsindən səhiyyə sahəsi üçün 1 milyard 788 milyon 619 min 634 manat vəsait ayrılıb.
“Report” xəbər verir ki, bu, 2022-ci ilin dövlət büdcəsinin layihəsində əksini tapıb.
Layihədə qeyd olunub ki, həmin xərclərin 1 milyon 664 min 544 manatı poliklinikalar və ambulatoriyalara, 171 milyon 143 min 669 manatı xəstəxanalara, 2 milyon 588 min 726 manatı səhiyyə sahəsində tətbiqi tədqiqatlara, 1 milyard 613 milyon 222 min 695 manatı səhiyyə sahəsində proqramlar və digər xidmətlərlə ayrılıb.
Eyni zamanda, səhiyyə üçün ayrılan vəsaitdən 1 milyard 125 milyon 674 min 629 manatı isə əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı üçün nəzərdə tutulub.