Teymur Musayev: "Azərbaycanda koronavirus əleyhinə vaksin ehtiyatı kifayət qədərdir"

Teymur Musayev: "Azərbaycanda koronavirus əleyhinə vaksin ehtiyatı kifayət qədərdir" “Hazırda Azərbaycanda koronavirus əleyhinə vaksin ehtiyatı kifayət qədərdir”.
Sağlamlıq
9 Aprel , 2022 10:29
Teymur Musayev: Azərbaycanda koronavirus əleyhinə vaksin ehtiyatı kifayət qədərdir
Teymur Musayev

“Hazırda Azərbaycanda koronavirus əleyhinə vaksin ehtiyatı kifayət qədərdir”.

“Report” xəbər verir, bunu səhiyyə naziri Teymur Musayev deyib.

Onun sözlərinə görə, bu baxımdan heç bir problem yoxdur: “Ona görə də vaksinasiya prosesi rahat şəkildə davam edir. Artıq buster dozasının vaxtı çatan hər bir kəs peyvənd vurdurur”.

Qeyd edək ki, Azərbaycanda Çin istehsalı “CoronaVac”, Rusiya istehsalı “Sputnik” və ABŞ və Almaniyanın birgə istehsalı olan “BioNTech/Pfizer” vaksini istifadə olunur.

Son xəbərlər

Orphus sistemi