Mayın 15-nə olan məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a bildirilib ki, COVID-19-a yoluxan 8 nəfər sağalıb, xəstəlikdən vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 831 659 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 300 nəfər müalicə olunaraq sağalıb, hazırda 91 aktiv xəstə var. Bu günə qədər 10 268 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 502, bu günə qədər isə ümumilikdə 7 604 861 test icra olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 963 200 olub.