Tovuz rayonunun Aşağı Quşçu kəndindəki 1 saylı Körpələr evinin fəaliyyəti müvəqqəti dayandırılıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, buna həmin müəssisədə tərbiyəçi işləyən qadının koronavirusa tutulması səbəb olub.
Qeyd edək ki, həmin şəxs vaksin olunmasına baxmayaraq, COVID-19-a yoluxub.