Azərbaycanda nadir rast gəlinən xəstəliklə bağlı daha bir dərman ölkəyə gətiriləcək

Azərbaycanda nadir rast gəlinən xəstəliklə bağlı daha bir dərman ölkəyə gətiriləcək Bununla bağlı Səhiyyə Nazirliyi Kollegiyasının sədri Oqtay Şirəliyev qərar qəbul edib
Sağlamlıq
15 Fevral , 2021 12:56
Azərbaycanda nadir rast gəlinən xəstəliklə bağlı daha bir dərman ölkəyə gətiriləcək

Azərbaycanda nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı genişləndirilib.

“Report” xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi Kollegiyasının sədri Oqtay Şirəliyev qərar qəbul edib.

Qərara əsasən, siyahıya “Zolgensma” dərmanı da əlavə edilib. Bununla da siyahıda qeyd olunan dərman vasitələrinin sayı 108-ə çatıb. Həmin dərman vasitəsi ABŞ-a şirkətinə məxsusdur.

Qərarın icrasına nəzarət nazir müavini Elsevər Ağayevə həvalə edilib.

Son xəbərlər

Orphus sistemi