"Orqan köçürmələri, o cümlədən böyrək və qaraciyər köçürmələri icbari tibbi sığorta üzrə xidmətlər zərfinə salınıb".
"Report"un xəbərinə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
Onun sözlərinə görə, uşaqlarla bağlı bütün əməliyyatlar xidmətlər zərfinə daxil edilib. Agentlik sədri qeyd edib ki, məqsəd səhhətində problem olan uşaqların valideynlərinin çətinliklərini aradan qaldırmaqdır.
“Endaprotezlə bağlı keçən il bizdə limit 300 ədəd idi, indi onu 1200-ə qaldırmışıq, ancaq təcili endoprotezlə bağlı limit yoxdur və nə qədər adamda təcili ehtiyac yaranarsa bu yerinə yetiriləcək”, - Z.Əliyev bildirib.