Azərbaycanda 65 min nəfər peyvənd olunub.
Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.
Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi başlayıb. Fevralın 8-dən isə Azərbaycanda 65 yaşdan yuxarı şəxslər COVID-19 infeksiyasına qarşı vaksinasiya olunacaqlar.